“Omikron” ştammı “Delta”dan daha az təhlükəlidir” - ÜST

10:22 13.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümümdünya Səhiyyə Təşkilatı koronavirusun "Omikron" ştammını "delta"dan daha az təhlükəli hesab edir.

Hafta.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun bazar günü yaydığı bəyanatda bildirilib.

Sənədə əsasən, hazırda "Omikron"un dünyanın 63 ölkəsində yayıldığı təsdiq edilib.

Həmçinin, qeyd olunub ki, yeni variantın peyvəndlərin təsirini azaltdığı ehtimal olunsa da, onun fəsadları "Delta" ilə müqayisədə daha azdır.